Advertisement

Azərbaycanda süni intellektlə hüquqi yardım göstəriləcək – Yeni bot yaradıldı

Bakı. Trend:

Hazırda “elektron vəkil sorğusu” layihəsi üzərində yekun işlər
aparılır.

Trend xəbər verir ki, bunu Vəkillər Kollegiyasınən rəyasət
heyətinin sədri Anar Bağırov bu gün keçirilən “Rəqəmsal cinayət
prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda
deyib.

A.Bağırov bildirib ki, burada normativ hüquqi tənzimləmə ilə
bağlı müəyyən problemlər mövcuddur:

“Bu problemlərin aradan qaldırılması istiqamətində müvafiq
normativ hüquqi akt layihələri Ədliyyə Nazirliyi ilə birgə
hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir.

Rəqəmsallaşma sahəsində müasir trendləri daim izləyən Vəkillər
Kollegiyası süni intellektin imkanlarından da istifadə edilməsi
istiqamətində işlər aparmaqdadır. Belə ki, yaxın zamanda
Kollegiyanın “Elektron vəkillik” Komitəsi tərəfindən hazırlanan
“Pro Bono” çat botu istifadəyə verəcək. Bu bot süni intellektdən
istifadə edərək vətəndaşlara Pro Bono hüquqi yardım
göstərəcək”.