Advertisement

Elmi tədqiqatların təşkilinə zərər verən bir sıra qərarlar hələ də davam edir – Rektor

Bakı. Trend:

UNEC rektoru professor Ədalət Muradov elmi tədqiqat qurumları
arasındakı əməkdaşlığın mövcud durumu barədə rəsmi “facebook”
səhifəsində paylaşım edib:

“Ölkəmizdə tədqiqat qurumları arasında əməkdaşlığın qurulması
olduqca vacibdir. Bu gün belə əməkdaşlığa mənfi təsir göstərən və
elmi tədqiqatların təşkilinə zərər verən bir sıra qərarlar hələ də
davam edir.

Nəticədə universitet elminin inkişafı baxımından uzunmüddətli
strateji qərarlar vermək əvəzinə ehtimal olunan və bir sıra
hallarda süni yaradılmış ziyanın minimallaşdırılması üçün
qısamüddətli taktiki qərarlar verilməsi yeganə çıxış yolu kimi
məcburiyyətə çevrilir.

Eləcə də, elmdə “toplananların yerini dəyişəndə cəmin
dəyişəyəcəyinə” inandırmaq cəhdləri də əbəsdir. Elmin inkişafı
baxımından bu problemin də ən qısa vaxtda həlli vacibdir!”