
Bakı. Trend:
Bu gün AFFA-nın yeni prezidenti seçilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, qurumun yeni rəhbəri
AFFA-nın Növbəti Hesabat-Seçki Konfransında bəlli olub.
Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf assosiasiyanın rəhbəri
seçilib. O, AFFA-nın tarixində 4-cü prezidenti olub.
1992-ci ildə yaradılan quruma bunadək Fuad Musayev (1992-2003),
Ramiz Mirzəyev (2003-07) və Rövnəq Abdullayev (2008-24) rəhbərlik
ediblər. 2007-08-ci illərdə bu vəzifə müvəqqəti Elşad Nəsirova
həvalə olunub.
Qeyd edək ki, Konfransda İcraiyyə Komitəsinin üzvləri və
vitse-prezidentlər də seçiləcək.





























