
Bakı. Trend:
Paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi
qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, naməlum şəxs 3 vətəndaşın mənzilindən pul,
qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib.
Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə
hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın
Səfərov saxlanılıb.
Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin
olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam
etdirilir.





























