Advertisement

İşləyən pensiyaçıların pensiyası necə hesablanır? – Nazir AÇIQLADI

Bakı. Trend:

60 mindən artıq işləyən pensiyaçı var.

Trend xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, işləyən pensiyaçıların 6 ili tamam olduqdan
sonra pensiyaları təkrar hesablanır.

“Onlar 6 il işlədikdən sonra topladıqları kapital 72 aya
bölünəcək və pensiyaların üzərinə gələcək. Hazırda bununla bağlı
elektron proqram hazırlanır.

Cari ildə istifadəyə veriləcək və 6 il tamam olan kimi bu
proaktiv qaydada həyata keçiriləcək”, – deyə nazir əlavə edib.