
Bakı. Trend:
Bakının Sabunçu, Suraxanı və digər rayonlarında polisin
keçirdiyi tədbirlərlə ictimai nəqliyyatda cibgirlik edən əvvəllər
məhkum olunmuş Emil Məmmədov və Rövşən İsmayılov saxlanılıblar.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, bu şəxslərin avtobuslarda sərnişinlərin pul,
mobil telefon və digər qiymətli əşyalarını taladıqları müəyyən
edilib.
Saxlanılanların avtobuslarda törətdikləri hadisələrin bir neçəsi
müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
E.Məmmədov və R.İsmayılovun qanunsuz əməllərindən zərərçəkən
başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.





























