Advertisement

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

Aprelin 2-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən
bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin
olunub.

Trend xəbər verir
ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən
borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti
üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.