Advertisement

Bəzi rayonların qaz təchizatında fasilə yaranacaq – XƏBƏRDARLIQ

Bakı. Trend:

Bu gün İsmayıllı, Şəki, Ağdaş, Saatlı və Bərdə rayonlarının qaz
təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Trend-ə Azərbaycan
Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən
bildirilib.

Məlumata görə, İsmayıllı rayonunda orta təzyiqli yeraltı qaz
xətlərində və Qaz Paylayıcı Stansiyalarda, Ağdaş şəhərinin
V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrində “Təmiz Qaz” QSC
tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, Ağdaş rayonunun
Aşağı Qəsil və Aralbir kəndlərində yeni çəkilmiş qaz xəttinin
üzərinə sayğacların köçürülməsi, Şəki rayonunun Kiş kəndində qaz
xəttinin yerinin dəyişdirilməsi, Saatlı rayonunun Qazanbatan,
Əbilkənd, Genişkənd kəndlərində, Bərdə şəhərinin N.Nərimanov,
C.Məmmədquluzadə küçələrində təmir-quraşdırma işlərinin görülməsi
məqsədilə aprelin 3-də saat 10:00-dan qaz təchizatının
dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə İsmayıllı rayonunun, Şəki
rayonunun Kiş kəndinin, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir
kəndlərinin və rayon mərkəzinin V. Hacıyev, M. Füzuli və İstiqlal
küçələrinin, Saatlı rayonunun Qazanbatan, Əbilkənd və Genişkənd
kəndlərinin və Bərdə şəhərinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.