
Bakı. Trend:
Azərbaycanda bazarlara daxil olan və bazarlardan çıxarılan
heyvanlar xüsusi sistemlə izləniləcək.
Trend-in məlumatına görə,
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bazarlar
“Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi”ndə qeydiyyata
götürüləcək, bazara daxil olan və bazardan aparılan heyvanların
identikləşdirilməsi və onların sistem üzərindən izlənməsi təmin
ediləcək.
Bu proses AQTA-nın heyvan bazarlarında apardığı monitorinqlər
çərçivəsində aşkarlanan nöqsanlarla bağlı görülən tədbirlər
çərçivəsində baş tutacaq. Belə ki, aparılan monitorinqlərin
nəticələrinə əsasən, aşkarlanan nöqsanlar nəzərə alınaraq heyvan
satışı bazarlarında Agentlik tərəfindən tədbirlər görüləcək.
Respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan
risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb
etdiyinə görə, bazarlarda dövlət baytarlıq nəzarəti təmin ediləcək,
bunun üçün müvafiq şərait və iş rejimi formalaşdırılacaq.





























