Advertisement

UNEC tələbəsi NASA-nın saytında səhv aşkarlayıb

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal
İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası
üzrə təhsil alan birinci kurs tələbəsi Kənan Fərzəlili beynəlxalq
NASA (National Aeronautics and Space Administration) təşkilatının
əsas veb-saytında səhv aşkarlayaraq, şirkətin məlumat mərkəzinə bu
barədə yazılı məruzə edib.

UNEC tələbəsinə NASA tərəfindən saytda aşkarladığı yanlışlığa
görə təşəkkür məktubu göndərilib. Kənan Fərzəlilinin adı
kibertəhlükəsizlik məkanında məşhur platforma hesab olunan
“Bugcrowd – Hall of fame” siyahısına daxil edilib.

Kənan Fərzəlili informasiya təhlükəsizliyi sahəsi üzrə UNEC-də
aldığı bilik və bacarıqlar sayəsində kibertəhlikəsizlik üzrə
peşəkar mütəxəssis kimi yetişərək, ilk uğuruna imza atmış olub.