Advertisement

Goranboyda məktəbdə insident – Şagirdlər bir-birinə xəsarət yetirdi

Bakı. Trend:

Aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına
tam orta məktəbin şagirdləri arasında insident (şagirdlərin
bir-birinə xəsarət yetirməsi) yaranıb.

Bu barədə Trend-ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən
bildirilib.

Qeyd edilib ki, hazırda idarənin və rayon təhsil sektorunun
əməkdaşları da təhsil müəssisəsindədirlər.

“Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil
Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti
qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, –
deyə əlavə edilib.