Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların
rəhbərləri, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan
orqanların rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının
mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin şöbə müdiri və şöbə
müdirinin müavini və yerli icra hakimiyyəti başçısının inzibati
ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi,
onun müavini vəzifələrinin tutulması üçün dövlət qulluğu vəzifələri
üzrə test imtahanı keçiriləcək.
Trend xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət
qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və
dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test
imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası,
təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin
aparılması Qaydası”na dəyişiklik edib.
Test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə
Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin
təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun inzibati vəzifəsi
üzrə test imtahanından keçdiyini təsdiq edən Dövlət Qulluğu
Sertifikatə verilməsi üçün “Dövlət qulluğu vəzifələri üzrə test
imtahanından keçmək barədə Sertifikatın Forması”na da dəyişiklik
edilib.
Eyni zamanda, Nazirlər Kabineti “1-5-ci kateqoriya dövlət
orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına
uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə
dəyişiklik edərək həmin vəzifələri tutmaq istəyən namizədlərə dair
tələbləri də təsdiqləyib:
– Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların
rəhbərləri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə
alaraq
dövlət qulluğunda 4 il qulluq stajı və yaxud 6 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya
qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış
qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”,
“İnzibati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət
qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə
münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq
funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas
biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o
cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və
praktiki bilikləri;
– şöbə müdiri və onun müavini
– Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə
alaraq dövlət qulluğunda 3 il qulluq stajı və yaxud 4 il iş
stajı;

– Bakı Şəhər İcra Hakimiyyətinin başçısının yanında olan
orqanların rəhbərlərinin müavinləri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə
alaraq dövlət qulluğunda 3 il qulluq stajı və yaxud 4 il iş
stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya
qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış
qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”,
“İnzibati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət
qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə
münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq
funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas
biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o
cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və
praktiki bilikləri;
– yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə
və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini
– Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə
alaraq 2 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya
qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış
qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”,
“İnzibati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət
qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə
münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq
funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas
biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o
cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və
praktiki bilikləri;
– dövlət orqanı rəhbərinin köməkçisi
Təhsilə dair tələblər: ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə
alaraq 2 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya
qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış
qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”,
“İnzibati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət
qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə
münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq
funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas
biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o
cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və
praktiki bilikləri.