
Bakı. Trend:
Rəsmi olaraq 7 milyon insanın həyatına son qoyan və dünya
iqtisadiyyatına 2 trilyon dollar ziyan vuran COVID-19 fəlakətinin
təsirlərini hələ də hiss etdiyimiz bir zamanda, 2021-ci ilin
dekabrında dünyanın 196 ölkəsindən 194-ü arasında gələcək
pandemiyanın qarşısının alınması ilə bağlı beynəlxalq razılaşmanın
əldə edilməsi üçün hökumətlərarası danışıqlara başlanıldı. Ölkələr
dünyanın ilk Pandemiya Sazişinə dair razılığa gəlmək üçün son
tarixi 2024-cü ilin may ayına təyin etdilər.
Trend xəbər verir ki, bu barədə ÜST-nin Dayanıqlı Qlobal
Sağlamlıq Maliyyəsi üzrə səfiri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi
elçisi və Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braunun,
100-dən çox dünya liderinin və ekspertinin ÜST-nin üzv dövlətləri
tərəfindən müzakirə edilən pandemiya sazişinə dair açıq məktubu ilə
bağlı məlumatında qeyd edilib.
“Pandemiya sazişi danışıqlarının doqquzuncu raundu mart ayının
sonunda keçirilib. Sözügedən açıq məktubu imzalayanlar ümid edirlər
ki, onların bu birgə addımları 194 ölkəni COVID illərindəki
cəsarətlərini qorumağa və Sazişin Ümumdünya Səhiyyə
Assambleyasının2024-cü ilin may ayında keçiriləcək sessiyasında
təsdiqlənməsini təmin etmək üçün nəzərdə tutulan tarixə qədər
beynəlxalq pandemiya protokoluna dair öz kollektiv ambisiyalarını
reallığa çevirməyə təşviq edəcək.
Onlar tərəfləri yaxınlaşan son tarixə yetişmək üçün “səylərini
ikiqat artırmağa” çağırır və fəaliyyətlərini yeni sağlamlıq
sazişini həyata keçirmək öhdəlik veriləcək beynəlxalq təşkilat –
ÜST-yə qarşı təbliğat kampaniyası aparan zərərli dezinformasiyaya
yol verməməyə çağırırlar.
İctimai səhiyyə üçün irəliyə doğru atılan bu böyük beynəlxalq
addımla milli suverenliyin zədələnə biləcəyinə yanlışlıqla
inananları sərt şəkildə tənqid edən bu sənədin imzaçıları “boş yerə
sərf etməyə vaxt yoxdur” deyirlər və hazırkı danışıqlarda iştirak
edən 194 dövlətin liderlərinə çağırış edirlər. Sazişi may ayına
qədər yekunlaşdırmaq üçün səyləri ikiqat artıracağıq”, – deyə əlavə
edilib.





























