Advertisement

Ramazanın 25-ci gününün duası – İmsak və iftar vaxtı

Bakı. Trend:

Bu gün Ramazan ayının 25-ci günüdür.

Trend xəbər verir ki, bu gün imsak vaxtı saat 04:51, iftar isə
19:23-dədir.

İmsak duası:

“Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən
li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə
qulubin-nəbiyyin”.

Tərcüməsi:

“İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin
düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu
Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey
peyğəmbərlərin qəlbinin hamisi olan Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə
təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti
iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar
açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı
ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!