
Bakı. Trend:
Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində güclü
şimal-qərb küləyi əsir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya
Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ölkə
ərazisində müşahidə olunan güclü küləklə bağlı məlumat verib.
“Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında
35 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s,
Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə
çatır” – o deyib.
G.Məmmədova küləyin axşama doğru zəifləyəcəyini bildirib.





























