
Bakı. Trend:
UNEC rektoru Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Dövlət
Komissiyasının yaradılmasını təklif edib.
UNEC rektoru professor Ədalət Muradov rəsmi facebook səhifəsində
ali təhsilin rəqəmsallaşmasını, yeni dövrün təhsilinə yeni
baxışların formalaşdırılmasının vacibliyini, eləcə də bu
istiqamətdə digər önəmli məqamları nəzərə alaraq, təkliflə çxış
edib:
“Müasir dövrdə ali təhsilin rəqəmsallaşması və bununla bağlı ali
təhsilin fəlsəfəsi, məzmunu və bütövlükdə inkişafında ciddi
dəyişikliklərin baş verdiyini, Azərbaycanda yeni dövrün
başladığını, yeni dövrün təhsilinə yeni baxışların
formalaşdırılmasının vacibliyini, yeni dövrdə Azərbaycanın təhsil
potensialının artırılmasının əhəmiyyətini və reallaşdırılmasının
zəruriliyini, eləcə də xarici təcrübəni nəzərə alaraq, Azərbaycanda
Ali Təhsilin İnkişafı üzrə Dövlət Komissiyasının yaradılmasını
təklif edirik”.





























