
Bakı. Trend:
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş
yanğında xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki,yanğında xəsarət alan və Kliniki Tibbi Mərkəzin
Toksikologiya şöbəsində müalicə alan 5 nəfərdən 4-ü evə buraxılıb,1
nəfərin müalicəsi hələ də Mərkəzdə davam etdilir.
Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev
küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə
Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional
Mərkəzinin qüvvələri cəlb olunub.
İlkin məlumata əsasən, onaltımərtəbəli yaşayış binasında şaxta
boyunca 30p.m elektrik naqilləri yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa
müddətdə söndürülüb.





























