Advertisement

30 il işğal müddətində torpaqlarımızda milyon yarım mina basdırılıb – ANAMA sədri

Bakı.Trend:

Mina hadisələri dinamikası azalmağa doğru gedir.

Trend xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin
(ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə
açıqlamasında deyib.

O bildirib ki, 30 il işğal müddətində torpaqlarımızda təxmini
milyon yarım mina basdırılıb.

“Keçmiş məcburi köçkünlərimizin böyük miqyasda torpaqlarına
qayıtmamasının səbəbi təhlükəsizliklə bağlıdır. Hissə-hissə
vətəndaşlarımız köçürülsə də, ancaq mina problemi qalıb. 44 günlük
müharibə bitdikdən bu ilin üç aprelə qədər 129 min ha mina və
partlamamış hərbi sursatlardan təmizlənib. Mina qurbanlarının 70%
mülkü vətəndaşlardır.”,- deyə o qeyd edib.

Xəbər yenilənəcək