Advertisement

Güclü külək səbəbindən 5 nəfər yaralanıb – TƏBİB

Bakı. Trend:

Son məlumata əsasən, bu gün güclü külək səbəbindən Respublika
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 4 ünvan üzrə 5
müraciət qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən
bildirilib.

Qeyd edilib ki, hər dörd ünvana təcili tibbi yardım briqadası
cəlb olunub.

Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 3
nəfər kişi, 2 nəfər isə qadın olub.

Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb
müəssisəsinə hospitalizasiya olunub.

3 nəfərə (1 qadın, 2 kişi olmaqla) isə təcili yardım briqadaları
tərəfindən yerində yardım göstərilib.