
Bakı. Trend:
Şamaxıda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı
vurub.
Trend xəbər verir ki, hadisə rayonun Sabir qəsəbəsində baş
verib.
İlkin məlumata görə, qəsəbədə borc səbəbi ilə elektrik enerjisi
kəsilmiş vətəndaşın işığı qoşulan zaman Şamaxı sakini 57 yaşlı Arif
Dəmirovu yüksək gərginliyi olan elektrik cərəyanı vurub.
Hadisə nəticəsində A.Dəmirov iş başında vəfat edib.
Ölümün dəqiq başvermə səbəbi aparılan araşdırmaların sonunda
bilinəcək.





























