Advertisement

Xankəndidə silah-sursat aşkarlandı – Trend.Az

Bakı. Trend:

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar
tapıblar.

Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 4-də Xankəndi
şəhəri ərazisindən 3 avtomat silahı, 2 tüfəng, 5 qumbara, 37 patron
darağı, 3148 ədəd müxtəlif çaplı patron, 6 ədəd rabitə vasitəsi və
digər sursatlar aşkar olunaraq götürülüb.