Advertisement

Ötən gün narkotiklərlə əlaqəli 32 fakt müəyyən edilib – DİN

Bakı. Trend:

Aprelin 4-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən
bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində
axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.