
Bakı. Trend:
Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat
edib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyi
“X” platformasında paylaşım edib.
“Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxaninin əziz
xatirəsini yad edirik”, – paylaşımda deyilir.
Paylaşımda həmçinin, 2007-ci ildə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Rza Cavadxanini Prezident sarayında qəbul
etdiyi xatırlanıb.
“O zaman Rza ata-baba yurduna gəlməkdən şərəf duyduğunu və
Azərbaycanda bütün sahələrdə böyük inkişafa şahid olduğunu qeyd
edib”, – deyə səfirlikdən bildiriblər.
Azərbaycan Respublikasının ABŞ-dəki səfiri və səfirliyinin
adından Rza Cavadxaninin ailəsinə başsağlığı verilib.





























