
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin
edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisinin bu
gün keçirilən iclasında müzakirə edilən “Məhkəmələr və hakimlər
haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası
Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Şirvan
Apellyasiya Məhkəməsinin hakimi (İnzibati Kollegiyanın sədri)
Müşfiq Kamil oğlu Həsənovun həmin məhkəmənin hakimi vəzifəsindən
azad edilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi
təyin edilməsi təklif edilir.
Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul
edilib.





























