Advertisement

İrandan Azərbaycana 19 kq narkotik keçirilməsinin qarşısı alındı (FOTO)

Bakı. Trend:

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı
alınıb.

Trend xəbər verir ki, bu
barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Aprel ayının 3-də saat 03:38-də Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd
naryadının sayıqlığı nəticəsində 19 kiloqram 550 qram narkotik
vasitə (19 kq marixuana, 550 qram tiryək) və 4370 ədəd narkotik
tərkibli güclü təsiredici Metadon M – 40 həblərinin qaçaqmalçılıq
yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına
keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.