
Bakı. Trend:
Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən
tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq
edilməsi haqqında” 28 sentyabr 2005-ci il tarixli və “İstilik
enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 5
sentyabr 2023-cü il tarixli qərarlarında dəyişiklik edib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni
qərar imzalayıb.
Qərara əsasən, bundan sonra istilik təchizatı xidmətlərinə görə
hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə Tarif (qiymət)
Şurasının müəyyən etdiyi tariflərlə, isti su təchizatı xidmətlərinə
və qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı
xidmətlərinə görə hesablaşmalar isə müqavilə ilə müəyyən edilmiş
tariflərlə həyata keçiriləcək.





























