Advertisement

Xəstəlik vərəqələri elektron formada tərtib ediləcək

Bakı. Trend:

Nazirlər Kabineti “Xəstəlik vərəqələrinin verilməsi və
müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və
verilməsi qaydalarının təsdiqi haqqında” qərarənda dəyişiklik
edib.

Trend xəbər verir ki, qərarın adı dəyişib, “Sığortaolunanlar
üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib
edilməsi qaydası haqqında təlimat” olub.

Xəstəlik vərəqələrinin elektron sənəd formasında “Vahid Səhiyyə
İnformasiya Sistemi” vasitəsilə Elektron Hökumət İnformasiya
Sisteminə ötürülməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər
görməlidir.

“Sığortaolunanlar üçün xəstəlik vərəqələri, onları tərtib etmək
hüququna malik olan tibb müəssisələrinin həkimləri ( tibb
müəssisələrinin həkimləri) tərəfindən elektron sənəd formasında
tərtib ediləcək. “Xəstəlik vərəqələri sığortaolunanlar və
sığortaedənlər tərəfindən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə
İnformasiya Sistemi” (VSİS) vasitəsilə elektron sənəd formasında, o
cümlədən sığortaolunan tərəfindən tibb müəssisəsinə müraciət
edildikdə VSİS-dən kağız daşıyıcıda çap olunmuş formada əldə
ediləcək.

Bu qərar 2024-cü il mayın 1-dən qüvvəyə minir.