Advertisement

VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçiriləcək

Bakı. Trend:

Mayın 2-3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
Türk Dünyası İqtisad Fakültəsinin və Türkiyənin Səlcuq
Universitetinin birgə təşkilatçılığı ilə VII Beynəlxalq Sosial və
İqtisadi Araşdırmalar tələbə konfransı keçiriləcək.

UNEC-dən Trend-ə bildirilib ki, hibrid formatda təşkil olunacaq
konfrans tələbələrə sosial və iqtisadi sahədə araşdırmalarını
paylaşmaq üçün platforma rolunu oynayacaq. Konfransda müxtəlif
mövzuları əhatə edən sessiyalar, panel müzakirələri və interaktiv
seminarlar təşkil olunacaq.