
Bakı. Trend:
Ötən gün vətəndaşlardan 21 silah götürülüb.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
aprelin 5-də Xankəndi şəhəri ərazisindən 7 avtomat silahı, 2
tapança, 3 tüfəng, 20 qumbara, 55 patron darağı, 1440 ədəd müxtəlif
çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bundan başqa, polis əməkdaşları paytaxt və respublikanın
ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 8 tüfəng və 1005 ədəd
müxtəlif çaplı patron təhvil götürüblər.





























