
Bakı. Trend:
Aprelin 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu
üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat
verilib.
Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik
şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.





























