
Bakı. Trend:
Mövcüd qida subyektlərinə “Qida təhlükəsizliyi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
qanunun necə tətbiq olunacağına aydınlıq gətirilib.
Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət
komitəsinin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi
haqqında” təklif edilən dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi
Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
“Qüvvəyə minənədək alkoqollu içkilərin istehsalı fəaliyyətini
həyata keçirən qida subyektləri bu Qanun qüvvəyə mindikdən sonra 6
(altı) ay müddətində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan
Respublikası Qanununun 24.1-1.3-cü maddəsində qeyd olunan şərtə
əməl edilməsini təmin etməlidir. Bu müddət ərzində qeyd olunan
tələbə əməl edilmədikdə qida obyektinin təsdiqi ləğv edilir”, – o
deyib.





























