
Bakı. Trend:
Toylarda məşhur brendlərin adlarından istifadə edib insanlara
saxta içkilər təklif edilir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət
komitəsinin bu gün keçirilən iclasında deputat Novruzəli Aslanov
bildirib.
“Bu qanun qüvvəyə minəndən sonra kiçik kustar üsulla istehsal
sahələri bağlanacaq. Ən çox vergi ödəyən vergi ödəyiciləri məhz bu
sahədədir. Keçmiş zamanlardan bu günə qədər biz kustar üsulla
məhsulların hazırlanması ilə bağlı böyük problem yaşayırıq. Bu
məhsullar insanlara, cəmiyyətə təhlükədir. Düşünürəm ki, bu qanun
layihəsi çox vacibdir və hər bir insanın sağlamlığına xidmət
edəcək”,- deyə deputat bildirib.





























