Advertisement

Bayram namazının vaxtı AÇIQLANIB – QMİ

Bakı. Trend:

Ramazan bayramının namaz vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə verilən məlumata görə, məscidlərdə
bayram namazı aprelin 10-da qılınacaq.

Qeyd edək ki, Ramazan ayının ilk günü martın 11-nə təsadüf edib.
Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən Qədr gecələri 28,
30 mart, 1 və 5 aprelə təsadüf edib.

Ramazan bayramı isə aprelin 10-11-də olacaq.