
Bakı.Trend:
Vaqif və Bəsirənin 5 övladı yadigar qalıb.
Trend xəbər verir ki, bunu Vaqifin bacısı Sevda Xanlarova
deyib.
O bildirib ki, 1988-ci ildə Xankəndidə yaşayırdıq. Ev-eşiyimizi
yandırdılar, çıxmadıq. Sonra Xocalıya getdik.
“Qardaşlarım çox əziyyət çəkdilər, orduya yazıldılar ki,
torpağımızı müdafiə etsinlər.
26 fevraldan sonra Vaqif və həyat yoldaşından xəbər ala bilmədik.
Soyqırımda şəhid olduqlarını anladıq. Vaqif və Bəsirənin 5 övladı
yadigar qalıb. Hamısına öz övladımız kimi baxmışıq, böyütmüşük.
İndi isə övladları ilə birlikdə onların qalıqlarını dəfn edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə Xanlarova əlavə
edib.
Qeyd edək ki, Xocalıda qalıqları kütləvi məzarlıqdan tapılan
ər-arvad bu gün dəfn olunub.
Xocalı soyqırımı zamanı itkin düşmüş Məhərrəmova Bəsirə Vəli
qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları bu gün Zabrat
qəbiristanlığında torpağa tapşırılıb.





























