Advertisement

Sabah qaz ödənişi ilə bağlı sistemdə fasilə yaranacaq – “Azəriqaz”

Bakı. Trend:

“Azəriqaz” İstehsalat Birliyinin informasiya sisteminin proqram
təminatında yenilənmə işlərinin keçirilməsi nəzərdə tutulub.

Trend xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda
deyilir.

Bildirilib ki, bu səbəbdən İTRON smart kart ödənişi istisna
olmaqla, digər ödəniş sistemi 07.04.2024-ci il saat 01:00-dan
07.04.2024-cü il saat 12:00-dək abonentlər üçün əlçatmaz
olacaq.

“Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (Zenner smart
kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur”, –
məlumatda deyilir.