
Bakı. Trend:
Nazirlər Kabineti “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi
şəxsin Nizamnaməsi”ndə və “Geodeziya və Kartoqrafiya Agentliyi”
publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar
imzalayıb.
Dəyişikliklə Geoloji Kəşfiyyat Agentliyinin sərəncamında qalan
vəsaitdən nazirliyin əməkdaşlarının vəzifə maaşlarına əlavə və
mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.
“Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin
Nizamnaməsi”nə əlavə edilib.
Bildirilib ki, Agentliyin sərəncamında qalan vəsaitdən
nazirliyin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların
verilməsi üçün ayırmalar nəzərdə tutulur.
Qeyd edək ki, hər iki agentlik Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə tabedir.





























