Advertisement

Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır (VİDEO)

Bakı. Trend:

Ölkənin ən böyük vergi ödəyicilərindən biri olan Azercell
2023-cü ildə dövlət büdcəsinə 167 milyon AZN, 27 il ərzində isə
ümumilikdə təxminən 2,4 milyard AZN ödəniş edib, ölkədə
telekommunikasiya sahəsinin inkişafına 94 milyon ABŞ dolları,
1996-2023-cü illər ərzində isə 1.9 milyard ABŞ dolları həcmində
sərmayə yatırıb.

Sosial məsuliyyət layihələrinin əsas məqsədi maneələri aşmaq və
yeni imkanlar yaratmaq olan “Azercell Telekom” 2023-cü ildə də
Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində
cəmiyyətin ümumi inkişafına və maraqlarına xidmət göstərib. Ötən il
ərzində həyata keçirdiyi KSM layihələrə ümumilikdə 30,2 milyon ABŞ
dolları sərf olunub ki, bu göstərici 27 il ərzində 52,5 milyon ABŞ
dolları təşkil edib.

2023-cü ildə Azercell Azərbaycan Cüdo Federasiyası ilə
əməkdaşlıqda genişmiqyaslı silsilə sosial layihəyə start verib.
Qızları inkişaf etməyə, güclü olmağa və idmana təşviq edən “Qızlara
ağ yaraşır” sosial aksiya cəmiyyət içində böyük əks-səda yaratdı,
televiziya və sosial mediada, tanınmış şəxslər və influenserlər
tərəfindən geniş müzakirə olundu. Kampaniyanın çağırışına cavab
verərək 1000 qız cüdo məşqlərinə qoşulub.

Qeyd edək ki, “Qızlara ağ yaraşır” kampaniyası “Ad Black Sea”
beynəlxalq festivalında 2023-cü il üçün Qran Pri mükafatını
qazanaraq 6 kateqoriya üzrə laureat seçilib. Bundan əlavə, sosial
kampaniya Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalında –
“Red Jolbors”da Qran-pri mükafatına layiq görülüb və 3 qızıl, 1
gümüş və 2 bürünc mükafat qazanıb.

Layihənin digər “Söz verirəm” kampaniyası qısnamaya qarşı
mübarizəyə həsr olunub. Aksiya çərçivəsində məktəblərdə
maarifləndirmə işləri aparılıb, bullinqin zərərli davranış olduğu,
istər şəxsi ünsiyyətdə, istərsə də rəqəmsal platformalarda
qısnamanın qarşısının alınması uşaqlara və böyüklərə aşılanıb.

Azercell innovativ tendensiya və xidmətləri ölkəmizə gətirməklə
yanaşı, Azərbaycan ədəbiyyatının və mütaliə mədəniyyətinin
təbliğatını da davam etdirib. Heydər Əliyevin 100 illik yubileyinə
həsr olunmuş “Audiokitab” layihəsinin xüsusi məzmun seriyasında
Ümummilli Lider Heydər Əliyevin sevdiyi əsərləri rəqəmsal
kitabxanada audio və elektron kitab, eləcə də audiopyes
formatlarında bir araya gətirib. Ölkənin lider mobil operatoru
Azərbaycanın görkəmli yazıçı və şairlərinin 50-dən çox əsərini
türk, ingilis, fransız və rus dillərində səsləndirilməsini təmin
edib.

Azercell-in korporativ sosial məsuliyyət strategiyası
çərçivəsində müasir texnoloji həllər vasitəsilə cəmiyyətin sosial
inkişafı, eləcə də ayrı-ayrı sosial qrupların rifahının
yüksəldilməsi istiqamətində görülən tədbirlərdən biri də “Autizm
portalı”nın təkmilləşdirilməsi, texniki imkanlarının müasir
standartlara uyğunlaşdırılması, məzmun və tədris bazasının
zənginləşdirilməsi olub.

2023-cü ildə Azercell tərəfdaşları ilə birgə 1 İyun Uşaqların
Beynəlxalq Müdafiəsi Günü münasibətilə Uşaq Hüquqlarının Qorunması
Həftəsini elan edib. Layihə indiyə qədər ölkədə təcrübədə tətbiq
edilməyən, tam yeni formatda təşkil olunaraq bir gün deyil, bir
həftə boyunca uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş və həssas
qrupa aid uşaqlar (sosial təcrid şəraitində yaşayan və azadlıqdan
məhrum edilmiş azyaşlılar, zorakılığa məruz qalan uşaqlar) üçün
nəzərdə tutulmuş müxtəlif fəaliyyətlərdən ibarət proqram üzrə
həyata keçirilib.

Azercell-in 2010-cu ildən dəstəklədiyi “Azərbaycan Uşaq Qaynar
Xətt” və şirkətin təşəbbüsü və dəstəyi ilə 2022-ci ildə mobil
operatorun təşəbbüsü ilə yaradılmış “Qadın Dəstək Xətti” xidmətləri
vasitəsilə hesabat ilində ümumilikdə 8500-dən çox müraciətə
baxılıb.

Azercell Telekom ötən il uşaqlar üçün nəzərdə tutulmuş
beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında həyata
keçirilən layihə ilə “Təhlükəsiz internet”in təbliğinə də start
verib.

2023-cü ildə aparıcı mobil operatorun dəstəyi ilə uşaqların
cəmiyyətə inteqrasiya olunması və onların idmana həvəsinin
artırılmasında böyük əhəmiyyət kəsb edən “Uşaq Paralimpiya kuboku”
turniri keçirilib.

Gənclərə müxtəlif sahələrdə inkişaf üçün imkanlar yaradan
Azercell-in dəstəyi ilə NASA-nın dünya səviyyəli “FIRST Robotics
Competition” müsabiqəsində Azərbaycan tarixində ilk dəfə gənc
robototexniklərimiz finala yüksəlib və mükafata layiq
görülüblər.

Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyin məğrur
tərəfdaşı olan “Azercell Telekom” MMC-nin dəstəyilə İnformatika
üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz ötən il
ərzində dəfələrlə mötəbər bilik yarışlarında ölkəmizi uğurla təmsil
edib, 1 qızıl, 3 gümüş və 5 bürünc olmaqla 9 medal qazanıblar.
“Azercell CUP” müsabiqəsinin qalibləri təntənəli şəkildə təltif
olunublar.

Azercell və Türk Telekom şirkətlərinin birgə əməkdaşlıqda
kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış gənclərin peşəkar
inkişafı məqsədilə müsabiqə elan olunub. Azercell-in dəstəyi ilə 10
gənc Azərbaycan mütəxəssisi Türkiyədə “Kibertəhlükəsizlik Təlimi
Düşərgəsi”nə qatılıb.

Azercell-in dəstəyilə qadınların texnologiya və biznes sahəsində
biliklərinin artırılması və startap ideyalarının inkişafına
yönəlmiş “Her Improvement” layihəsinin qalibi elan olunub, “SOS
Uşaq Kəndləri-Azərbaycan”ın yetirmələri “Gənclər bacarır” layihə
çərçivəsində öz fəaliyyətini davam etdiriblər.

Hesabat ilində “Azercell Telekom” MMC-in sponsorluğu ilə ölkədə
həm biznesi dəstəkləyən, həm də cəmiyyət üçün yararlı təşəbbüslərə
təşviq edən mötəbər tədbirlər keçirilib:

Şirkət “Bakı Marafonu – 2023”-ün eksklüziv tərəfdaşı qismində
çıxış edib;

“SHE Baku Congress” çərçivəsində ölkənin qadın liderlərini bir
araya gətirib;

Azərbaycanda ilk dəfə təşkil edilən “GSMA M360 EURASIA 2023”
beynəlxalq konfransının baş sponsoru olaraq bu nüfuzlu tədbirə ev
sahibliyi edib;

“I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf
Konfransı”na dəstək verib;

3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və
İnkişafı sərgisinə töhfəsini verib;

1984cü ildən etibarən Dövrün ən aparıcı elmi və texniki
nailiyyətləri müzakirə olunan TEDx Bakı konfransına dəstək
olub;

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunmuş 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin sponsoru qismində
çıxış edib, rəqəmsal kitabxanasını rəsmi tərəfdaşı olduğu və yerli
bazarda eksklüziv endirimli tariflərlə təqdim etdiyi “Litres” və
“Bookmate” mobil tətbiqləri ilə sərgiləyib.

“Azercell Telekom” MMC 2023-cü ildə Birləşmiş Millətlər
Təşkilatının (BMT) Qlobal Sazişinə üzv qəbul olunub.

Mobil operator Davamlı İnkişaf Məqsədləri (DİM) və sosial
məsuliyyət siyasətlərin qəbulu və onların həyata keçirilməsinə öz
töhfəsini verəcək. Şirkət, həmçinin, GSMA ilə strateji tərəfdaşlıq
çərçivəsində İqlim Fəaliyyətinə qoşulub. “Bağlantını asanlaşdırır,
həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq Azercell
mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmaq
istiqamətində çalışacaq.