Advertisement

Ağdaban ictimaiyyəti və Azərbaycanın QHT təmsilçiləri beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

Bakı. Trend:

Ağdaban ictimaiyyəti və Azərbaycanın QHT təmsilçiləri beynəlxalq
ictimaiyyətə açıq məktubla müraciət ediblər.

Trend xəbər verir ki, məktubda deyilir:

“Biz – 1992-ci il aprelin 7-8-də Kəlbəcərin Ağdaban kəndində
Ermənistanın hərbi birləşmələrinin soyqırımına məruz qalan dinc
azərbaycanlı sakinlər, kütləvi qırğının canlı şahidləri, həmin
hadisədə ailə üzvlərini, doğmalarını, evlərini itirən şəxslər və
Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, sizə Açıq
Məktubla müraciət edərək ədalət tələb edirik!

Xocalı soyqırımının ardınca – 1992-ci il aprelin 7-dən 8-nə
keçən gecə Kəlbəcərin Ağdaban kəndində Ermənistan tərəfindən dinc
əhaliyə qarşı törədilən kütləvi qırğın zamanı 130-dan çox ev
yandırılıb, 779 nəfər kənd sakininə divan tutulub. Faciə zamanı 32
nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər qoca, 2 nəfər azyaşlı
uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. 2 nəfər itkin düşüb,
5 nəfər isə girov götürülüb.

Faciə zamanı Azərbaycan aşıq yaradıcılığının görkəmli
nümayəndələri – Aşıq Şəmşirin və onun atası Ağdabanlı şair Qurbanın
əlyazmaları, külliyyatı məhv edilib, Aşıq Şəmşirin nəvəsi diri-diri
tonqalda yandırılıb.

Bu gün biz doğma torpağımızda – Ağdabandayıq. Biz Sizə işğal
dövründə Ermənistan tərəfindən tamam viran edilmiş, dağıdılmış
kənddən müraciət edirik. Burada Aşıq Şəmşirin məzarı daxil olmaqla,
kənd qəbiristanlığındakı məzarlar dağıdılıb, qəbiristanlıqlar
minalanıb. İşğal dövründə Ermənistan Azərbaycan ərazisində
məscidləri uçurub, içərisində donuz, mal-qara saxlayıb, onlarla
məscidi yerlə-yeksan edib. Bu, heç bir dinə, mənəviyyata sığmayan
vandalizm aktıdır.

Azərbaycanın işğal edilmiş ərazilərində törədilən soyqırımı
aktları, cinayətlərin nəticəsidir ki, bu gün azad edilmiş
ərazilərdə onlarla kütləvi məzarlıqlar aşkarlanmaqdadır.

Fransanın, Avropa İttifaqının Avropa sülh mexanizmi adı altında
Ermənistanı silahlandırması, revanşizmin baş qaldırmasına hər cür
dəstək verməsi bizi hiddətləndirir. Biz bu hərəkətləri, ərazi
bütövlüyü məsələsinə ikili standartlarla yanaşmaları qəbul etmir,
bu addımları Azərbaycan xalqına və dövlətinə qarşı fəaliyyət hesab
edirik!

Biz yaxşı bilirik ki, Ağdaban soyqırımı da Xocalıda, Meşəlidə,
Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə
olduğu kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü
zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq,
onun mübarizə əzmini qırmaq, etnik təmizləmə aparmaq məqsədilə
törədilib.

Ötən dövr, 2020-ci ildəki 44 günlük müharibə, 2023-cü ilin 19-20
sentyabr antiterror əməliyyatı da göstərdi ki, bütün bunlar
Azərbaycan xalqının mətin iradəsini sındıra bilmədi.

Biz Ağdaban icması və Azərbaycanın vətəndaş cəmiyyətinin
təmsilçiləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə
qürur duyuruq. Onun qətiyyətli siyasəti, müdrik liderliyi
nəticəsində Azərbaycan BMT qətnamələrini təkbaşına icra etdi,
respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olundu,
Azərbaycan xalqı ən böyük arzusuna çatdı. Biz Prezident İlham
Əliyevin siyasətini tam müdafiə edir və alqışlayırıq!

İmzalar:

Xəlifə Hüseynov – Ağdaban sakini

Dürrə Qurbanova – Ağdaban sakini

Əliqulu Alıyev – Ağdaban sakini

Bəhman Bağırov – Ağdaban sakini

Rafiq Məhərrəmov – Ağdaban sakini

Zahid Hümbətov – Ağdaban sakini

Nəsimi Səfərov – Ağdaban sakini

Şahin Əhmədov – Ağdaban sakini

Saləddin Kərimov – Ağdaban sakini

Reyhan Qasımova – Ağdaban sakini

Təbriz Alıyev – Ağdaban sakini

Leyla Hüseynova – Ağdaban sakini

Sabay Orucov – Ağdaban sakini

Əzim Hüseynov – Ağdaban sakini

Sərvan Səfərov – Ağdaban sakini

Eyvaz Orucov – Ağdaban sakini

Tapdıq Qasımov – Ağdaban sakini

Yaşar Məmmədov – Ağdaban sakini

Ərşad Qaraşov – Ağdaban sakini

Qiyas Alıyev – Ağdaban sakini

Azər Bayramov – Ağdaban sakini

Gülarə Hüseynova – Ağdaban sakini

Qabil Məmmədov – Ağdaban sakini

Saməddin Vəliyev – Ağdaban sakini

Sevinc Alızadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai
Birliyi

Ramil İskəndərli – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai
birliyi

Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyi

Ayşən Hüseynova – “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai
Birliyi

Səriyyə Cəfərova – “Erməni təcavüzünün tanıdılması” İctimai
Birliyi

Xalid Kazımov – “Regional İnsan Hüquqları və Media Mərkəzi”
İctimai Birliyi

Ceyran Əzizova – “Xocalı Soyqırımını Tanıtma” İctimai
Birliyi

Naibə Behbudova – “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai
Birliyi

Tünzalə Abduləlimova – “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək
İctimai Birliyi

Ceyran Həsənova – “Şəhid Analarına Dəstək” İctimai Birliyi

Rəşad Mehdiyev – “Gilavar Foto Klubu” İctimai Birliyi”.