Advertisement

Azərbaycanın bəzi ərazilərində qar yağıb – FAKTİKİ HAVA

Bakı. Trend:

Aprelin 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, milli Hidrometeorologiya Xidmətinin aprelin 7-si saat 10:00-a
olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə
ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq
ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Şəkidə 25 mm, Oğuzda 23 mm, Gədəbəydə
16 mm, Gəncədə 10 mm, Qəbələ, Qrız, Şəmkir, Daşkəsən, Şahdağ,
Göygöl, Ağdam, Zaqatala, Balakən, Lerik, Quba, Qax, Naxçıvan,
Ordubad, Naftalan, Qusar, Xaltan, Tərtər, Yevlaxda 8 mm-dək
olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən,
Şəki, Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu İqlim normasından 4 dərəcə yuxarı
olub. Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək, Naxçıvan
MR-da 20-23 dərəcə, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq
rayonlarda 7 dərəcəyədək isti olub.