Advertisement

Sumqayıtda özünü qazi kimi təqdim edərək yardım istəyən şəxs saxlanıldı (VİDEO)

Bakı. Trend:

Sumqayıt şəhərində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə
müxtəlif obyektlərə və restoranlara daxil olub ona maddi kömək
edilməsini tələb edən Şirvan şəhər sakini, 1990-cı il təvəllüdlü
Nəzər Məmmədov saxlanılıb.

Trend xəbər verir ki, onun 2012-2017-ci illərdə hərbi xidmətdə
olduğu, heç bir hərbi əməliyyatlarda, o cümlədən, də 44 günlük
Vətən müharibəsində iştirak etmədiyi müəyən edilib.

N.Məmmədov tanışı olan bir nəfərdən hərbi forma əldə edərək guya
torpaqlarımızın azad olunması əməliyyatlarında iştirak edən zaman
bir gözünü itirdiyi görüntüsü yaradaraq qeyd edilən əməlləri
törədib.

Saxlanılan şəxs həmçinin tanışlarından birindən əldə etdiyi
“Vətən Müharibəsi İştirakçısı” medalının eynisindən özü üçün
hazırlayaraq hərbi geyim formasının üzərində gəzdirib. N.Məmmədov
qeyd edilən yolla asan və daha çox “qazanc” əldə etmək niyyətində
olub. Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi
olmayan N.Məmmədov barəsində araşdırmalar davam edir.

Onun qanunsuz əməllərindən zərərçəkən şəxslər polis orqanlarına
müraciət edə bilərlər.