Advertisement

İki qadın gözəllik salonundan 7 min manatlıq oğurluq etdi

Bakı. Trend:

Abşeronda gözəllik salonundan oğurluq edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə Masazır qəsəbəsi ərazisində yerləşən
gözəllik salonlarının birindən 7000 manat dəyərində məişət əşyaları
oğurlamaqda şübhəli bilinən 2 qadın müəyyən olunaraq
saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.