
Bakı. Trend:
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək
üçün qeydiyyat bu gün başa çatır.
Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat
verilib.
Qeyd edilib ki, imtahanda iştirak etmək üçün bakalavrların
ərizələrinin qəbulu internet vasitəsilə aparılır. 8 aprel saat
10:00-a olan məlumata əsasən, 16682 bakalavr (Azərbaycan bölməsi –
15565; rus bölməsi – 1117) ərizəsini təsdiq edib.
Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 1000
nəfər), eləcə də, digər bakalavrlar Mərkəzin internet saytının
müvafiq səhifəsinə daxil olmaqla ərizələrini təsdiq edə
bilərlər.
Xatırladaq ki, ərizə qəbulu martın 28-də başlanıb və 8 aprel
saat 23:59-dək davam edəcək.





























