Advertisement

Subsidiya verilməsi məqsədilə ayrılmış vəsaitin qeyri-qanuni və əsassız xərclənməsi halları müəyyən edilib

Bakı. Trend:

Kənd təsərrüfatı sahəsində məhsul istehsalçılarına subsidiya
verilməsi məqsədilə ayrılmış vəsaitin 8,5 mln. manatının
qeyri-qanuni və əsassız xərclənməsi halları müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının
2023-cü il üzrə hesabatında deyilir.

Bununla yanaşı, 94,5 mln. manat məbləğində vəsait üzrə aşağıdakı
nöqsanlara you verilmişdir:

əməliyyatlar qanunvericiliyə riayət edilmədən aparılmış, o
cümlədən pullu xidmətlərdən yığılan vəsaitlər bank hesabına
ödənilməmiş, vəsaitlər müqavilə şərtlərindən artıq ödənilmiş,
vəsaitlər normativlərə istinad edilmədən sərf olunmuş, yanacaq
xərcləri əsasız silinmiş, riskli vergi ödəyiciləri ilə əməliyyatlar
aparılmış, enerji itkilərinə yol verilmiş və s. 2023-cü ilin İş
Planı əsasında başa çatdırılmış 1 audit (NMR Fövqəladə Hallar
Nazirliyi) üzrə kollegiya qəranının icrasının izlənməsi məqsədilə
monitorinq keçirilmiş, monitorinqlə izlənən 10 təklifdən 7-nin tam,
3-nün qismən icra olunduğu müəyyən edilib.

İdarə tərəfindən keçirilmiş 6 uyğunluq auditi üzrə aşkarlanmış
hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi
ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikas Baş
Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinə göndərilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata
əsasən Hesablama Palatasının NMR üzrə İdarəsi tərəfindən 3 audit
üzrə göndərilmiş materiallar NMR-da bir sıra dövlət qurumlarının
bir qrup vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı başlanmış
cinayət işi materiallarına alava olunmaqla ibtidai istintaq
aparılmış və cinayət işləri üzrə icraat dayandırılmışdır. Bu
auditlerden 1-i üzrə 0,2 mln. manatın dövlət büdcəsinə bərpası
təmin edilmişdir.

Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məlumatlara əsasən,
3 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda
cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir