Advertisement

Sabah 18 dərəcə isti olacaq

Bakı. Trend:

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən
Trend
-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10°, gündüz 13-18° olacaq. Atmosfer
təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%,
gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin
olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21°, dağlarda
gecə 0-5°, gündüz 5-10° olacaq.