Advertisement

Beyləqanda avtobus aşması nəticəsində yaralananların vəziyyəti açıqlandı

Bakı. Trend:

Bu gün saat 08:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi
ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi
Xəstəxanasına hospitalizasiya olunublar.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hospitalizasiya olunanlardan 18-i kişi, 2-i
qadındır:

“Onlardan 18-də bədənin müxtəlif nahiyələrin travması diaqnozu
qeydə alınıb. 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator
müalicə üçün evə buraxılıb”.

Qeyd edək ki, Beyləqanda fəhlə aparan avtobus aşıb, yaralılar
var. Zəngilandan gələn “İSUZU” markalı avtobusun sürücüsü
idarəetməni itirib. Nəticədə avtobus su kanalına aşıb. Qəza
nəticəsində xəsarət alanlar var. Xəsarət alan şəxslər xəstəxanaya
çatdırılıb.