Advertisement

Bu il nə qədər fitrə zəkatı verək? – QMİ-dən AÇIQLAMA

Bakı. Trend:

Aprel ayının 10-u Ramazan bayramıdır. Orucluğun mühüm
əməllərindən biri olan fitrə zəkatının verilməsinin vaxtı Ramazan
ayının son günüdür. Hər bir insan minimum səviyyədə yaşamaq
imkanına malikdirsə, əlində müəyyən qədər maddi imkanları varsa,
hər ailə üzvünə görə fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac
sahiblərinə verməsi vacibdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev
Trend-ə bildirib ki, fitrə zəkatını buğda, arpa, xurma, kişmiş,
düyü və qarğıdalı kimi məhsullardan, eləcə də, pul şəkilində vermək
olar.

“Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul
şəkilində çıxarılması tövsiyə olunur. Bu il üçün ortalama olaraq
hər ailə üzvü hesabına 10 manat fitrə çıxarılması məqsədəuyğundur.
Lakin insan var ki, imkanı 3-5 manata çatır. Belə də olar. Fitrə
zəkatını ailə başçısı ailədə olan üzvlərin sayına görə
verməlidir.

İnsanlar bayram namazına qədər fitrə zəkatını çıxarmalıdır.
Ancaq istisna hallar da var. Fitrəni oruc tutan və tutmayan da
çıxarmalıdır.

Fitrə zəkatı. əsasən, imkansızlara, fəqirlərə, kasıblara
verilməlidir”, – deyə o qeyd edib.