
Bakı. Trend:
Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan işçilərə kompensasiya veriləcək.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən onlayn
iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə
haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, ədliyyə orqanlarında xidmət yerinin
dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən
kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanlarının işçilərinə
və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul
kompensasiyası ödəniləcək.
Müzakirələrdən sonra dəyişiklik parlamentin plenar iclasına
tövsiyə olunub.





























