
Fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən
öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən
cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində
təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının
04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən
zaman anlaqsız vəziyyətdə olub.
Bu barədə Trend-ə Baş
Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun
cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə
olunması üçün 05.04.2024-cü il tarixdə təkrar komission
məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin
qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.





























