Advertisement

Bakıda yük avtomobilin yolda qalması tıxaca səbəb olub

Bakı. Trend:

Bakıda Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, köməkçi
yolda anbara daxil olan yük avtomobili texniki nasazlıq səbəbindən
yolun hərəkət hissəsində qalıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, nəticədə Qələbə dairəsi istiqamətində hərəkət
məhdudlaşıb və yolda sıxlıq yaranıb.

Mərkəzin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Hərəkətin bərpa olunması istiqamətində işlər görülür.