Advertisement

Magistraturaya sənəd qəbulu başa çatıb

Bakı. Trend:

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək
üçün qeydiyyat başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən xəbərə görə,
imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu
internet vasitəsilə aparılıb.

8 aprel saat 23:59-a olan məlumata əsasən, 25328 bakalavr
(Azərbaycan bölməsi – 23402; rus bölməsi – 1926) ərizəsini təsdiq
edib.

Xatırladaq ki, ərizə qəbulu martın 28-də başlanıb və 8 aprel
saat 23:59-dək davam edib.